Gəncə sakini: “İnsanların qışqırıq səslərinə oyandım”

SİYASƏT

11 Oktyabr 2020 10:33

Oxunma sayi: 1077
Gəncə sakini:     “İnsanların qışqırıq səslərinə oyandım”

Xəbər verdiyimiz kimi, gecə saatlarında düşmən humanitar atəşkəsə baxmayaraq, Gəncə şəhərini atəşə tutub. 

 

Atılan raketlərdən biri şəhərdəki yaşayış binasının üzərinə düşüb. 

Hadisə nəticəsində beş mülki şəxs həlak olub, 28 nəfər yaralanıb. 

Sakin: “İnsanların qışqırıq səslərinə oyandım. Xəsarət alanları xəstəxanalara yerləşdirdik”.

Baku TV-nin hadisə yerində olan müxbirinin verdiyi məlumata görə, hadisə nəticəsində bir sıra tikililərə də ziyan dəyib. 

 

 

Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!