Gəncədə dağıntılar altında qalan iki azyaşlının meyiti tapıldı VİDEO

SİYASƏT

18 Oktyabr 2020 13:10

Oxunma sayi: 1553
Gəncədə dağıntılar altında qalan iki azyaşlının meyiti tapıldı   VİDEO

Xəbər verildiyi kimi, humanitar atəşkəs rejimini kobudcasına pozmaqda davam edən Ermənistan ordusu oktyabrın 17-də gecə saat 01:00 radələrində döyüş bölgəsindən tamamilə kənarda yerləşən Azərbaycanın ikinci böyük şəhəri olan Gəncəyə yenidən raket zərbələri endirib, bir neçə yaşayış binası dağıdılıb.

 

Gəncəyə atılan raket nəticəsində dağıntılar altında qalan iki uşağın cəsədi çıxarılıb. 

Bu barədə AzTV-nin efirində bildirilib.

Qeyd edək ki, Fövqəladə Hallar Nazirliyinin açıqladığı son məlumata görə, dağıntılar altından 13 nəfərin cəsədi və xəsarət almış 52 nəfər çıxarılıb.

Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!