Gömrük Komitəsi xaricdən mal gətirənlərə güzəşt edib

SİYASƏT

06 Yanvar 2021 20:30

Oxunma sayi: 628
Gömrük Komitəsi xaricdən mal gətirənlərə güzəşt edib

"Smart Customs” tətbiqinin və e.customs.gov.az portalının fəaliyyətində yaranan texniki problemlərin aradan qaldırılması istiqamətində müvafiq tədbirlər həyata keçirilir və bəyanetmə prosesində yaranan çətinliklər tezliklə aradan qaldırılacaq.

 

Azmedia.Az xəbər verir ki, bu barədə Dövlət Gömrük Komitəsinin (DGK) vətəndaşlara və xaricdən mal gətirən şirkətlərə müraciətində deyilir.

 

Dövlət Komitəsi bildirir ki, daşıyıcı şirkətlər yaranmış problemin həllini tapana qədər xarici anbarlarındakı malları ölkəyə gətirə bilərlər və bununla bağlı heç bir məhdudiyyət yoxdur.

 

Xatırladaq ki, 2021-ci ilin yanvarın 1-dən qaydalara görə xaricdə aldığı malı gömrük sistemində onlayn bəyan etməyən vətəndaşın bağlaması ölkəyə gətirilmirdi.

Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!