Goranboydan dəhşətli xəbər gəldi: Xeyli yaralı var

ÖLKƏ

18 Aprel 2024 14:57

Oxunma sayi: 355
Goranboydan dəhşətli xəbər gəldi:  Xeyli yaralı var

 Goranboyda 4 nəfərin xəsarət alması ilə nəticələnən yol qəzası olub.

Goranboy şəhərinin çıxışında 2 avtomobilin toqquşması nəticəsində, 1990-cı il təvəllüdlü İ.Səfərov, 1993-cü il təvəllüdlü E.Quliyev, 1992-ci il təvəllüdlü E.Yaqubov və 1981-ci il təvəllüdlü E.Həsənəliyev xəsarət alıblar.

Yaralılar xəstəxanaya yerləşdirilib. Həkimlər onların vəziyyətini kafi və qənaətbəxş kimi qiymətləndirirlər.

Faktla bağlı araşdırma aparılır. 

Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!