Gorus Xankəndi yolu darmadağın edildi

SİYASƏT

02 Oktyabr 2020 14:17

Oxunma sayi: 685
Gorus   Xankəndi yolu darmadağın edildi

Azərbaycan Ordusunun uğurlu əks-hücum əməliyyatları davam edir.

Azmedia.az xəbər verir ki, Qarabağı Ermənistana birləşdirən yeganə fəaliyyətdə olan yol – Gorus-Xankəndi yolu darmadağın edilib. Yolun Laçın rayonunu mərkəzinə gedən hissəsində, işğal altındakı Aşağı Sus kəndi yaxınlığında Həkəri çayı üzərindəki körpü Azərbaycan Ordusunun pilotsuz uçuş aparatları tərəfindən məhv edilib.

Beləliklə, Ermənistandan Qarabağa canlı qüvvə və s. təchizatı təmin edən Gorus-Xankəndi yolunda hərəkət tamamilə dayanıb. Hazırda əraziyə tələsik cəlb olunan erməni mühəndisləri körpünün bərpası üçün işlərə başlayıb.

Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!