Gorusdan Azərbaycan əraziləri atəşə tutulur: Ölən və yaralananlar var RƏSMİ

SİYASƏT

02 Oktyabr 2020 10:04

Oxunma sayi: 790
Gorusdan Azərbaycan əraziləri atəşə tutulur:     Ölən və yaralananlar var   RƏSMİ

Azərbaycan Müdafiə Nazirliyinin Ermənistan tərəfinə yaşayış məntəqələrimizi atəşə tutmamaları barədə dəfələrlə xəbərdarlığına baxmayaraq, bu dəqiqələrdə Ağdam rayonunun Xındırıstan, Əlibəyli, Əhmədağalı və Səfərli kəndləri düşmən tərəfindən intensiv artilleriya atəşinə tutulur.

 

Azmedia.az xəbər verir ki, bu barədə Müdafiə Nazirliyi məlumat yayıb.

 

Bildirilib ki, mülki əhali arasında ölən və yaralananlar var.

 

Məlumata əsasən, Ermənistanın Gorus rayonu ərazisindən Azərbaycan ərazilərinin raket atəşinə tutulması ehtimalı da var:

 

"Bildiririk ki, tərəfimizdən adekvat cavab tədbirləri görüləcək”.

Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!