Günəşdə partlayış oldu - “Maqnit aktivliyi tez bitməyəcək“ - Alimdən XƏBƏRDARLIQ

MARAQLI

25 Mart 2024 18:34

Oxunma sayi: 983
Günəşdə partlayış oldu - “Maqnit aktivliyi tez bitməyəcək“  - Alimdən XƏBƏRDARLIQ

Günəşdə bir neçə partlayışın baş verməsindən sonra yaxın günlərdə maqnit aktivliyinin artması müşahidə olunacaq.

Azmedia.az Sfera.az xəbər verir ki, bununla bağlı açıqlamanı Rusiya Elmlər Akademiyasının Sibir bölməsinin Günəş-Yer Fizikası İnstitutunun baş elmi işçisi Sergey Yazev “İzvestiya” nəşrinin əməkdaşı ilə söhbətində bildirib. 

Alim xəbərdarlıq edib ki, Günəşdə bir neçə partlayış olduğu üçün maqnit aktivliyi tez bitməyəcək: “Partlayışların bəzilərində emissiyalar olub, bəzilərində isə yox. Buna görə də pozulmuş maqnit mühiti bir neçə gün davam edəcək. Amma maqnit qasırğasının olub-olmayacağını indidən söyləmək çətindir”. 

Rusiya Elmlər Akademiyasının Kosmik Tədqiqatlar İnstitutunun Günəş Astronomiya Laboratoriyası martın 23-də Günəşdə güclü parlamanın baş verdiyini bildirib. Martın 23-də Günəşdə bir neçə güclü partlayışın baş verməsindən sonra maqnit qasırğasının olacağına dair ehtimallar irəli sürülüb. 

Belə bir ehtimalı ABŞ-nin Kosmik Hava Proqnozu Mərkəzi də təsdiqləyib.

Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!