Gürcüstan parlamenti yeni hökumətin tərkibini təsdiq etdi

SİYASƏT

24 Dekabr 2020 22:06

Oxunma sayi: 632
Gürcüstan parlamenti yeni hökumətin tərkibini təsdiq etdi

Gürcüstan parlamenti səs çoxluğu ilə Baş nazir Giorgi Qaxariyanın başçılıq etdiyi yeni hökumətə etimad göstərdiyini bəyan edib.

 

Azmedia.Az “RİA Novosti” agentliyinə istinadən xəbər verir ki,  səsvermə Gürcüstan televiziyaları tərəfindən canlı yayımlanıb.

 

Giorgi Qaxariyanın başçılıq edəcəyi nazirlər kabinetində bir yeni nazir yer alıb. O, ədliyyə naziri Qoça Lortkipanidzedir.

 

Gürcüstanda 31 oktyabr parlament seçkilərindən sonra hakim “Gürcü Arzusu” partiyası parlamentdəki 150 yerdən 90-ını qazanıb.

 

Seçkilərin nəticələri təsdiqləndikdən sonra Gürcüstan hökuməti istefa vermişdi. 

Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!