Gürcüstan parlamentinə spiker seçildi

SİYASƏT

29 Dekabr 2021 16:23

Oxunma sayi: 210
Gürcüstan parlamentinə spiker seçildi

Gürcüstan parlamentinin deputatları çərşənbə günü növbədənkənar iclasda təhsil və elm komitəsinin rəhbəri Şalva Papuaşvilini qanunverici orqanın spikeri seçiblər.

Səsvermə qanunverici orqanın saytında canlı yayımlanıb.

“Parlament çoxluğuna mənim namizədliyimi parlamentin sədri vəzifəsinə irəli sürdüyünə və göstərdikləri etimada görə təşəkkür etmək istəyirəm. Bu, cəmiyyət və siyasi komandamız qarşısında böyük şərəf və məsuliyyətdir. Ona görə də bu vəzifədə mən ölkəmizə və xalqımıza ləyaqətlə xidmət etmək üçün əlimdən gələni edəcəyəm”, - deyə Papuaşvili səsvermədən əvvəl deputatlar qarşısında çıxış edərkən bildirib.

150 deputatdan 88-i, o cümlədən müxalifətdə olan “Vətəndaşlar”, “Girçi” və “Avropa Sosialistləri”nın nümayəndələri Papuaşvilinin lehinə səs verib. Papuaşvili dekabrın 24-də istefa verdiyini elan edən parlamentin sədri Kaxaber Kuçavanı əvəz edib. Beləliklə, Papuaşvili 2020-ci ilin payızında keçirilən seçkilərdən sonra formalaşan 10-cu çağırış parlamentin üçüncü spikeri olub.

Mənbə: TASS

Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!