Gürcüstan Parlamentinin yeni spikeri seçilib

SİYASƏT

27 Aprel 2021 16:26

Oxunma sayi: 578
Gürcüstan Parlamentinin yeni spikeri seçilib

Gürcüstan Parlamentinin vitse-spikeri Kaxa Kuçava səs çoxluğu ilə respublikanın qanunverici orqanının sədri vəzifəsinə seçilib.

Azmedia.Az xəbər verir ki, bu barədə “Rustavi 2” telekanalı xəbər yayıb.

Məlumata görə, onun namizədliyini 86 millət vəkili dəstəkləyib, altı nəfər əleyhinə çıxıb.

Xatırladaq ki, aprelin 24-də Gürcüstan Parlamentinin sədri Arçil Talakvadze istefa qərarı barədə bəyan edib. Bundan sonra hakim “Gürcü Arzusu” Partiyası Kuçavanı bu vəzifəyə namizəd irəli sürüb.

Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!