Gürcüstan silahlı qüvvələrinin keçmiş Baş qərargah rəisi Almaniyada saxlanılıb

SİYASƏT

20 Dekabr 2021 09:25

Oxunma sayi: 267
Gürcüstan silahlı qüvvələrinin keçmiş Baş qərargah rəisi Almaniyada saxlanılıb

Gürcüstan silahlı qüvvələrinin keçmiş Baş qərargah rəisi Georgi Kalandadze Gürcüstan hökumətinin sorğusu əsasında Almaniyada saxlanılıb.

Bu barədə Gürcüstan mətbuatı generalın qohumlarına istinadla məlumat yayıb.

Bildirilib ki, Kalandadze Gürcüstan vətəndaşı Elberd Koberidzeyə işgəncə vermək və qanunsuz azadlıqdan məhrum etmək ittihamı ilə saxlanılıb. Gürcüstan hökuməti bu barədə hələ ki rəsmi məlumat yaymayıb.

Georgi Kalandadze Mixeil Saakaşvilinin hakimiyyəti dövründə 2012-ci ilin 8 oktyabr-11 noyabr tarixlərində silahlı qüvvələrinin Baş qərargahına rəhbərlik edib. 2014-cü ildə hakimiyyət dəyişikliyindən sonra isə Ukraynaya gedib.

Mənbə: “Mtavari Arkhi” televiziya kanalı

Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!