Gürcüstanda qubernator vəzifəsindən azad edilib

SİYASƏT

26 İyun 2021 14:36

Oxunma sayi: 154
Gürcüstanda qubernator vəzifəsindən azad edilib

Gürcüstanın Quriya bölgəsinin qubernatoru Giorgi Saxokiya vəzifəsindən azad edilib.

Azmedia.Az xəbər verir ki, bu barədə yerli mətbuat yazıb.

İddialara əsasən, buna səbəb dövlət səlahiyyətlisinin keçmiş baş nazir Giorgi Qaxariya ilə sıx münasibətlərinin olmasıdır.

G.Saxokiya sabiq hökumət başçısı tərəfindən bu ilin fevralında qubernator təyin olunmuşdu.

Qubernatorun istefaya göndərilməsi barədə rəsmi məlumat hələ yayılmayıb.

Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!