Hava ilə bağlı XƏBƏRDARLIQ EDİLDİ: DAŞQIN OLACAQ

ÖLKƏ

11 Aprel 2024 14:23

Oxunma sayi: 160
Hava ilə bağlı XƏBƏRDARLIQ EDİLDİ:  DAŞQIN OLACAQ

Aprelin 14-ü gündüz şimal və qərb rayonlarından başlayaraq 15-i gündüzədək bəzi yerlərdə arabir yağıntılı olacağı gözlənilir.

Bu barədə Azmedia.Az-a Milli Hidrometerologiya Xidmətindən məlumat verilib.

Qeyd olunub ki, ayrı-ayrı yerlərdə (Qarabağ, Şərqi Zəngəzur, Naxçıvan MR, Balakən-Şəki, Quba-Qusar, Mərkəzi Aran) yağışın leysan xarakterli intensiv olacağı, şimşək çaxacağı, dolu düşəcəyi, dağlıq ərazilərdə qar yağacağı ehtimalı var.

Çaylarda sululuğun artacağı, Böyük və Kiçik Qafqazın bəzi çaylarından qısamüddətli daşqın və sel keçəcəyi ehtimal olunur.

Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!