Hazırda 2 mülki şəxs erməni əsirliyində saxlanılır Dövlət Komissiyası

SİYASƏT

05 Yanvar 2021 19:15

Oxunma sayi: 624
Hazırda 2 mülki şəxs erməni əsirliyində saxlanılır   Dövlət Komissiyası

Bu il sentyabrın 27-də Ermənistan ordusunun hərbi təxribatlarına cavab olaraq Azərbaycan Ordusunun həyata keçirdiyi əks hücum əməliyyatı zamanı torpaqlarımız düşməndən azad edilib, şəhidlərimizin qanı yerdə qalmayıb.

 

Azmedia.Az Trend-ə istinadən bildirir ki, bunu bu gün keçirilən mətbuat konfransında Əsir və itkin düşmüş, girov vətəndaşlarla əlaqədar Dövlət Komissiyası İşçi Qrupunun rəhbəri İsmayıl Axundov deyib.

 

Onun sözlərinə görə, Dövlət Komissiyası tərəfindən həyata keçirilmiş tərdbirlər nəticəsində 12 hərbi qulluqçumuz və 2 mülki şəxs əsirlikdən azad edilib: "Hazırda 2 mülki şəxs erməni əsirliyində saxlanılır. Azərbaycanda isə 5 erməni əsilli şəxs saxlanılır. Onlardan 2-si hərbi, 3-ü isə mülki şəxsdir. Onlar barədə Beynəlxalq Qızıl Xaç Komitəsinə məlumat verilib".

Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!