Hərbçilərimiz Qarabağda minatəmizləmə fəaliyyətlərini davam etdirirlər Türkiyə MN (FOTO)

SİYASƏT

10 Yanvar 2021 15:00

Oxunma sayi: 610
Hərbçilərimiz Qarabağda minatəmizləmə fəaliyyətlərini davam etdirirlər   Türkiyə MN (FOTO)

Qəhrəman Azərbaycan Ordusunun 44 gündə böyük qələbə qazandığı Qarabağda ərazilərin minalardan təmizlənməsi işləri davam edir. Ermənistan ordusunun yerləşdirdiyi minalar öz ərazilərini işğaldan azad edən Azərbaycan Ordusu tərəfindən təmizlənir.

 

Azmedia.Az xəbər verir ki, bu barədə Türkiyənin Milli Müdafiə Nazirliyinin yaydığı məlumatda deyilir.

 

Məlumatda bildirilir: "Quru Qoşunlarımızın Xüsusi Mina Axtarış və Təmizləmə qruplarından 136 nəfər də Azərbaycan Ordusuna dəstək üçün bölgəyə göndərilib".

 

Qeyd edilir ki, Türkiyə hərbçiləri Azərbaycan Silahlı Qüvvələrinin şəxsi heyətinə minaların təmizlənməsi üzrə təlim keçməklə yanaşı, işğaldan azad edilən Qarabağda minatəmizləmə fəaliyyətlərini davam etdirirlər.

Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!