Hərbi Akademiyada növbəti qəbulun açılış mərasimi keçirilib

SİYASƏT

03 Fevral 2022 16:43

Oxunma sayi: 400
Hərbi Akademiyada növbəti qəbulun açılış mərasimi keçirilib

Silahlı Qüvvələrin Hərbi Akademiyasının Strateji araşdırmalar və dövlət müdafiəsini idarəetmə akademik kursuna növbəti qəbulun açılış mərasimi keçirilib.

 

Bu barədə Müdafiə Nazirliyindən məlumat verilib.

Əvvəlcə xalqımızın ümummilli lideri Heydər Əliyevin və Vətənin ərazi bütövlüyü uğrunda şəhidlik zirvəsinə ucalanların xatirəsi bir dəqiqəlik sükutla yad edilib. Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib.

Silahlı Qüvvələrin Hərbi Akademiyasının rəisi general-leytenant Heydər Piriyev akademik kursun açılış münasibətilə Müdafiə nazirinin adından mərasim iştirakçılarını təbrik edib, tədrisdə və işlərində uğurlar arzulayıb.

Təhsil müddətində dinləyicilərə beynəlxalq münasibətlər, qlobal təhlükəsizlik, xarici siyasətin, strategiya və müdafiənin planlaşdırılmasının, dövlət müdafiəsinin və müdafiə resurslarının idarə edilməsinin əsaslarına dair mövzularda mühazirələrin oxunacağı bildirilib.

Tədris prosesi 5 ay olmaqla hər ilin fevral-iyun aylarında mühazirələr, seminarlar, qrup çalışmaları və praktiki təcrübələr formasında keçiriləcək.

Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!