Hikmət Hacıyev: “Artıq Dağlıq Qarabağ münaqişəsi ifadəsi yoxdur”

SİYASƏT

12 Dekabr 2020 15:30

Oxunma sayi: 1019
Hikmət Hacıyev:     “Artıq Dağlıq Qarabağ münaqişəsi ifadəsi yoxdur”

“İşğaldan azad olunan torpaqlarımızda yenidənqurma işlərinin başlanması ilə bağlı cənab Prezidentin sərəncamı var. Həmin sərəncama uyğun olaraq müvafiq işçi qrupları yaradılıb”.

 

Azmedia.az xəbər verir ki, bunu Azərbaycan Prezidentinin köməkçisi, Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev deyib.

“Bu istiqamətdə müzakirələr aparılır, planlaşdırma işləri görülür”, - deyə o vurğulayıb.

H.Hacıyev onu da bildirib ki, artıq Dağlıq Qarabağ münaqişəsi ifadəsi yoxdur:

“Azərbaycan öz torpaqlarını işğaldan azad edib”.

Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!