Hikmət Hacıyev Azərbaycana qarşı ittihamlara belə cavab verdi

SİYASƏT

15 Oktyabr 2020 23:43

Oxunma sayi: 645
Hikmət Hacıyev Azərbaycana qarşı ittihamlara belə cavab verdi

“Ermənistandan fərqli olaraq, Azərbaycan muzdluların işə götürülməsinə, istifadəsinə, maliyyələşdirilməsinə və təliminə qarşı 1989-cu il Konvensiyasına 1997-ci ildə qoşulub”. 

 

Azmedia.Az xəbər verir ki, bu barədə Prezidentin köməkçisi – Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev Tvitter hesabında məlumat verib.

 

O bildirib ki, ölkəmizin qanunlarına əsasən muzdlu cəlb etmək cinayətdir: “Azərbaycan qanunlarına (Cinayət Məcəlləsi) əsasən muzdlu cəlb etmək cinayət olduğu üçün Azərbaycana qarşı irəli sürülən hər hansı bir ittiham əsassızdır”.

Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!