Hikmət Hacıyev: “Ermənistan dinc əhaliyə qarşı terror siyasətini yürüdür”

SİYASƏT

15 Oktyabr 2020 14:31

Oxunma sayi: 793
Hikmət Hacıyev:     “Ermənistan dinc əhaliyə qarşı terror siyasətini yürüdür”

Prezidentin köməkçisi, Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev ermənilərin Tərtər istiqamətində növbəti hücumuna münasibət bildirib.

 

Bu barədə Prezidentin köməkçisi “Twitter” hesabında yazıb.

“Tərtər şəhərində Ermənistanın qəbiristanlığa qəsdən hücumu nəticəsində üç dinc sakin öldürülüb, üçü ağır yaralanıb. Humanitar atəşkəsin arxasında gizlənən Ermənistan dinc əhaliyə qarşı terror siyasəti yürüdür. Azərbaycan dinc əhalisini qorumaq üçün suveren hüququnu özündə saxlayır”, - deyə H.Hacıyev bildirib.

Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!