Hikmət Hacıyev: “Ölkəmizə qarşı müxtəlif təzyiqlər var”

SİYASƏT

10 Oktyabr 2020 16:17

Oxunma sayi: 868
Hikmət Hacıyev:     “Ölkəmizə qarşı müxtəlif təzyiqlər var”

“Ermənistan qoşunları Azərbaycanın işğal olunmuş torpaqlarından çıxmayanadək Cənubi Qafqaz regionunda davamlı sülhün olması qeyri-mümkündür”.

 

Azmedia.az-ın məlumatına görə, bunu Prezidentin köməkçisi, Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev Xarici İşlər Nazirliyində keçirilən brifinqdə bildirib.

Onun sözlərinə görə, bu problemin gələcəyə saxlanması yox, bu gün həll olunması lazımdır:

“Dünən İlham Əliyev Azərbaycan xalqına müraciətində nəyin nə zaman edilməsi ilə bağlı fikirlərini çatdırdı. Bu gün ölkəmizə qarşı müxtəlif təzyiqlər var.

Ali Baş Komandan bu təzyiqlərə də mərdi-mərdanə, xalqımızın milli maraqları əsasında sinə gərməkdədir və axıra kimi də sinə gərəcək. Çünki prezidentimizin siyasətində Azərbaycan Respublikasının milli maraqları ən hakim maraqlardır.

Biz bu kimi təzyiqləri çox görmüşük. Bundan sonra da istisna deyil ki, bu təzyiqlər olacaq. Təəssüflər olsun ki, beynəlxalq dairələrdə də müəyyən qərəzli yanaşma görürük”.

H.Hacıyev deyib ki, Azərbaycanın heç bir dövlətin ərazisinə iddiası yoxdur: 

“Tələbimiz ərazi bütövlüyümüz və süverenliyimizin təmin edilməsidir. Əgər Ermənistan atəşkəsin pozulması üçün təxribatları davam etdirəcəksə, Azərbaycan özünümüdafiə prinsipindən istifadə edərək, cavab vermək məcburiyyətindədir”.

Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!