Hikmət Hacıyev Pakistan səfiri ilə görüşüb

SİYASƏT

07 Yanvar 2021 13:19

Oxunma sayi: 700
Hikmət Hacıyev Pakistan səfiri ilə görüşüb

Pakistan səfiri Bilal Hayee Azərbaycan Respublikası Prezidentinin köməkçisi - Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyevlə görüşüb.

 

Azmedia.Az-ın xəbərinə görə, bu barədə pakistanlı diplomat "Twitter"də bildirib.

Görüşdə iki ölkə arasında qarşılıqlı maraq doğuran məsələlər müzakirə olunub. 

“2021-ci ildə Azərbaycan-Pakistan dostluğunun daha da güclənməsini səbirsizliklə gözləyirəm”, - deyə səfir qeyd edib.

Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!