Hikmət Hacıyev: “Prezidentin rəhbərliyi altında Təhlükəsizlik Şurasının iclası keçirildi”

SİYASƏT

27 Sentyabr 2020 14:55

Oxunma sayi: 779
Hikmət Hacıyev:       “Prezidentin rəhbərliyi altında Təhlükəsizlik Şurasının iclası keçirildi”

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin rəhbərliyi altında Təhlükəsizlik Şurasının iclası keçirilib.

 

Azmedia.az  xəbər verir ki, bu barədə Prezidentin köməkçisi, Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev deyib.

H.Hacıyev bildirib ki, Təhlükəsizlik şurasının iclasında Baş nazir, Milli Məclisin spikeri və digər aidiyyəti strukturların rəhbər şəxsləri də iştirak edib:

“Dövlət başçısı tərəfindən aidiyyəti strukturlara real vəziyyətlə əlaqəli olaraq lazımi tapşırıqlar verildi. Hər bir dövlət qurumu da bu istiqamətdə öz fəaliyyətini davam etdirməkdədir. Düşmənin bu kimi təxribatlarının qarşısının alınması, Azərbaycan Silahlı Qüvvələri tərəfindən qarşıya qoyulan tapşırığın effektiv şəkildə həyata keçirilməsi istiqamətində hamımızın dəstəyi və səfərbərliyi vacib məqamdır”.

Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!