Hindistanda yeni qanuna görə etirazlar Müsəlmanlar öldürülür (FOTOLAR)

SİYASƏT

27 Fevral 2020 13:03

Oxunma sayi: 1688
Hindistanda yeni qanuna görə etirazlar   Müsəlmanlar öldürülür (FOTOLAR)

Azmedia.az  "MediaPost"-a istinadla  xəbər verir ki, yeni qanuna görə, Əfqanıstan, Banqladeş, Pakistandan gələn 6 dini qrupa Hindistan vətəndaşı olmaq üçün imkanlar genişləndiriləcək. Lakin bu qrupa müsəlmanlar daxil edilməyib.

 

Əhalisinin böyük əksəriyyəti müsəlmanlardan ibarət olan Hindistanda belə bir qanunun qəbul edilməsi, kütləvi etirazlara səbəb olub.

 

Üsyanlar zamanı 50 müsəlman öldürülüb.

 

4 gündür davam edən üsyanlarda 200 nəfər yaralı vəziyyətdə xəstəxanaya yerləşdirilib.

 

 

Sosial mediaya düşən görüntülərdə bir qrup hindu millətçisinin etirazlarda ölən bir adamın cəsədini sürüklədiyi əks olunub. Bir qrup hind nümayişçisi hadisələrin yaşandığı Aşok Naqar bölgəsindəki bir məscidin minarəsinə qalxıb. Minarənin üzərinə çıxan adamlar ayparanı sökməyə çalışarkən ətrafdakı insanların da yardımı ilə minarəyə bayraq asıblar.

 

 

Yaranmış vəziyyətlə bağlı Hindistanın baş naziri Narendra Modi "Twitter" hesabı vasitəsilə açıqlama verib:

 

"Sülh və sabitlik əxlaqımızın mərkəzindədir. Dehlidə olan bütün qardaş və bacılarımı bu sülhü qorumağa çağırıram".

 

Milli təhlükəsizlik müşaviri Ajit Doval zorakılığın yaşandığı bölgələrə gedərək əhali ilə görüşüb. Görüş zamanı adı açıqlanmayan bir qız Dovala dövlətin sərt addımlar atmalı olduğunu bildirərək, polisin vəzifəsini yerinə yetirmədiyini də əlavə edib.

 

 

Hindistan mətbuatı ABŞ prezidenti Donald Trampın ziyarət etdiyi ölkələrin liderlərini tənqid etməkdən çəkindiyini vurğulayıb. Xəbərlərdə Trampın "Vətəndaşlıq haqqında qanun" nu müzakirə etmək istəmədiyi və Hindistanın öz xalqı üçün düzgün qərar verəcəyi bildirilib.

i

Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!