“Hökumət süqut etməyəcək” Tokayev xalqa müraciət etdi

SİYASƏT

05 Yanvar 2022 09:30

Oxunma sayi: 150
“Hökumət süqut etməyəcək”   Tokayev xalqa müraciət etdi

Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayev xalqa müraciət edib. 

Azmedia.Az-ın TASS Agentliyinə istinadən məlumatına görə, ölkədə keçirilən kütləvi etiraz aksiyaları fonunda dövlət başçısı əhaliyə üz tutub: “Hökumət süqut etməyəcək. Soydaşlarımızı tədbirli olmağa, vətəndaşları daxili və xarici təxribatlara uymamağa çağırıram”. 

Nümayişçilərin hərəkətlərini tamamilə qanunsuz adlandıran Prezident hazırda konflikt yox, qarşılıqlı etibar və dialoq lazım olduğunu bildirib. 

Qeyd edək ki, bir neçə saat əvvəl Tokayev nümayişçilərə müraciət edərək onlardan sabitliyi bərpa etməyi xahiş etmişdi. Bildirmişdi ki, etirazçıların sosial-iqtisadi xarakterli tələblərinə sabah paytaxtda keçiriləcək toplantıda ayrıca baxılacaq.

Xatırladaq ki, daha əvvəl etirazlarla əlaqədar Aktauda Prezident Administrasiyasının üzvləri də daxil olmaqla hökumət komissiyası öz işinə başlayıb. Etirazlardan sonra Manqistauda 1 litr maye qazın qiyməti endirilib və 50 təngə (0.11 dollar) məbləğində müəyyən edilib.

Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!