Hulusi Akar Ermənistana çağırış etdi

SİYASƏT

16 Noyabr 2021 14:20

Oxunma sayi: 151
Hulusi Akar Ermənistana çağırış etdi

“Şuşa Bəyannaməsi sadəcə iki ölkənin deyil, bütün Qafqazın inkişafı və sabitliyi üçün böyük əhəmiyyət kəsb edir”.

Azmedia.Az xəbər verir ki, bunu Türkiyənin milli müdafiə naziri Hulusi Akar jurnalistlərə açıqlamasında deyib.

“Ermənistan cənab Prezidentimiz Rəcəb Tayyib Ərdoğan və cənab İlham Əliyevin uzatdığı sülh və dostluq əlini tutmalı, “altılıq” platforması təklifimiz də daxil olmaqla, bu fürsətləri yaxşı dəyərləndirməlidir. “İki dövlət, bir millət” prinsipi ilə kədərdə və sevincdə birlikdə olduğumuz azərbaycanlı qardaşlarımızın bu günədək olduğu kimi, bundan sonra da haqlı mübarizələrində yanlarında olmağa davam edəcəyik”, - deyə Akar vurğulayıb.

Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!