İcra başçısının “adamı” deputatlıq arxasınca Göyçaya gəldi

SİYASƏT

29 Dekabr 2019 16:18

Oxunma sayi: 237
İcra başçısının “adamı” deputatlıq arxasınca Göyçaya gəldi

Bir müddət öncə "Göyçayda "xəlvəti deputat" bazarı – İcra başçısı mandatı kimə söz verib?” sərlövhəli yazımızda 89 saylı Göyçay-Ağdaş seçki dairəsindən keçmiş Baş Nazir Novruz Məmmədovun sevimli kadrı olan Məzahir Əfəndiyev namizədliyini irəli sürəcəyini yazmışdıq.

 

Azmedia.az sfera.az-a istinadən bildirir ki, Məzahir Əfəndiyev namizədliyini qeydə aldırmaq məqsədilə Göyçay rayonunda olub. Bu isə sözügedən yazıdakı digər məqamların da təsdiqini tapacağı anlamına gəlir.

 

Yazıda bildirilirdi ki, M. Əfəndiyevin Göyçaydan namizədliyini irəli sürməsi və gələcəkdə ondan "deputat" düzəldiləcəyi vədi ona Göyçay rayon icra başçısı Mehdi Səlimzadə tərəfindən verilib: "Ona ciddi tapşırılıb ki, son günə qədər çox sakit davransın. Yəni, bu namizədlik məsələsi nə qədər xəlvəti olsa, gələcəkdə bir o qədər də yaxşı nəticələr verəcək”.

 

Məlumat üçün bildirək ki, hüquq müdafiəçisi Taleh Xasməmmədov da mövzuyla bağlı ilginc məlumatlar paylaşmışdı. Həmin məlumatların bir qismini təkrar xatırladırıq: "Məzahir Əfəndiyev əslən Ağdaş rayonundandır. Deyilənə görə Ağdaşın keçmiş deputatı bankir Çingiz Əsədullayevin seçki kampaniyasının fəallarından biri olub. Həmin vaxtlardan deputatlığa həvəslənmiş indiki namizəd hesab edir ki, M. Səlimzadə ölkədə söz sahibidir və ondan xəlvəti deputat düzəldəcək. Amma əmin olsunlar ki, bu dəfə Göyçay seçiciləri onlar kimi "xəlvəti mandat" azarına və bazarına qurşanmış şəxslərə şans tanımayacaqlar”.

Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!