“İcra hakimiyyəti orqanlarının səlahiyyətlərindən alıb bələdiyyələrə vermək lazımdır“ Politoloq İlyas Hüseynov

SİYASƏT

23 Dekabr 2019 11:20

Oxunma sayi: 496
“İcra hakimiyyəti orqanlarının səlahiyyətlərindən alıb bələdiyyələrə vermək lazımdır“   Politoloq İlyas Hüseynov

Azmedia.az-ın qonağı olan İlyas Hüseynov şəhər bələdiyyələrində olan problemlərdən danışdı.

 

Bu gün 23-dekabr 5-ci çağırış bələdiyyə seçkiləridir. Mərkəzi seçki komissiyasının verdiyi məlumata görə vətəndaşlar seçkilərdə çox aktiv iştirak edir. Azərbaycanda qəsəbə, kənd və şəhər bələdiyyəsi olmaqla 15156-bələdiyyə üzvlüyü yerləri var. Bu yerlərə 42625-dən çox insan namizədliyini irəli sürüb. Bir yerə 3-ə yaxın namızəd düşür. Biz bu rəqəmlərə baxdıqda bələdiyyə  üzvü olmaq istəyənlərin sayının azlığını müşahidə eirik.  Bunun səbəbi isə bələdiyyələrə olan marağın azalması və inamsızlıqdır. Bu hal da onunla əlaqədardır ki, bələdiyyələrin özlərinin budcəsinin formalaşması, büdcədə olan maliyyə ürəkaçan səviyyədə deyil. Düzdür əmlak və torpaq vergisi yığılır, lakin bu gəlirlə hər hansısa bir ərazidə böyük infrastrukturlu layihələrin həyata keçirilməsi, parkların salınması,  abadlaşdırma işlərinin görülməsi və sair bu kimi işlərin inşaasına büdcədəki vəsait uyğun deyil. Bu problemlərlə bağlı nə etmək olar? İlk öncə struktur dəyişikliyi etmək lazımdır. Dəyişikliyi etmək üçün də  insanlar  bələdiyyələrə müraciət edərkən öz şikayətlərini və təkliflərini irəli sürməlidir. 

 

Biz eyni zamanda bələdiyyələrlə yerli icra hakimiyyəti orqanlarıın toqquşmasını da müşahidə edirik. İnsanlar daha çox yerli icra hakimiyyətinə müraciət edirlər çünki icra hakimiyyətinin resusları daha genişdir və vətəndaşlar öz problemlərinin həllini daha çox icra hakimiyyətində görürlər. Bu vəziyyəti stabil hala salmaq üçün yerli icra hakimiyyətinin səlahiyyətlərindən alıb bələdiyyələrə vermək, tranformasiyalar etmək zəruridir.

Biz bələdiyyələrin  gələcəyinə daha çox ümid edirik çünki namızədlərin içərisində gənclər  çoxluq təşkil edir bu o deməkdir ki,  gənc nəsil yeni kadırlar və müasir düşüncələri ilə bələdiyyələrdə lazımi dəyişikliyi edəcəklər. 

Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!