II Qarabağ müharibəsinin 18 yaşlı şəhidi FOTO

SİYASƏT

29 Dekabr 2020 13:42

Oxunma sayi: 700
II Qarabağ müharibəsinin 18 yaşlı şəhidi   FOTO

İkinci Qarabağ müharibəsinin qəhrəman şəhidlərindən biri də Həsənov Xəyal Zeynəddin oğludur.

 

O, 2002-ci ildə Göyçay rayonun Qaraman kəndində doğulub. 2020-ci il mayın 27-də həqiqi hərbi xidmətə yollanıb.

27 sentyabrda başlayan Vətən Müharibəsində iştirak edib. 13 oktyabrda Suqovuşanda gedən şiddətli döyüşlər zamanı şəhidlik zirvəsinə ucalıb.

Qeyd edək ki, Həsənov Xəyal ölümündən sonra Ali Baş Komandan, Prezident İlham Əliyevin sərəncamı ilə “Vətən uğrunda” medalı ilə təltif olunub.

Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!