İki qardaş döyüşə yollandı, biri şəhid oldu Kamal Məmmədov düşmənə ağır zərbələr vurub

SİYASƏT

26 Dekabr 2020 14:32

Oxunma sayi: 927
İki qardaş döyüşə yollandı, biri şəhid oldu   Kamal Məmmədov düşmənə ağır zərbələr vurub

İkinci Vətən müharibəsi, haqq savaşında şanlı qələbəmiz və öz qanları, canları ilə igidlik salnaməsi yazan ərənlərimizlə tarixə düşdü. Kamal və Amal qardaşları da bu müharibədə öz sözünü deyən qəhrəmanlardandır. Bir ailədən iki oğul yollandı vətəni qorumağa. Amma onlardan biri - Amal geri döndü. "Vətən uğrunda" medalı ilə təltif olunan Kamal isə şəhadətə yüksəlişi ilə cismən sevdiklərindən ayrılsa da, heç vaxt nə onların, nə də xalqın yaddaşından silinməyəcək.

 

Azmedia.Az xezerxeber.az-a istinadən bildirir ki, Balakənin Qullar kəndindən olan 22 yaşlı Kamal Məmmədov şəhidlik zirvəsinə yüksələn gənc əsgərlərimizdəndir.
 
Yaxınları, ailəsi Kamaldan ağızdolusu danışırlar. Bacarığından, istedadından, vətənpərvərliyindən, humanistliyindən, qayğıkeşliyindən. Hələ uşaqlıqdan tarixə və tarixi abidələrin tanıdılmasına böyük maraq göstərirmiş. Bu arzusunun ardınca gedərək, Azərbaycan Texniki Univerisitetini fərqlənmə ilə bitirir. Amma qəhrəmanımızın başqa ümdə arzusu da olur- Qarabağın işğaldan azad edilməsində gücünü göstərmək. Elə həqiqi Hərbi Xidmətə yola düşəndən 3 ay sonra müharibə başlayır və Kamal həvəslə savaşa qatılır.

Kamalın qardaşı, 26 yaşlı Amal da müharibə başlandığı ilk gündən könüllü döyüşlərə yollanıb.İki qardaş bir birindən xəbərsiz eyni istiqamətdə,Talış kəndi və Kəlbəcər istiqamətində günlərlə vuruşub.

Kamal Məmmədovun igidliyi və şücaəti nəzərə alınaraq, şəhadətindən sonra "Vətən uğrunda" medalı ilə təltif edilib.

 

Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!