İlham Əliyev: “Azərbaycan nadir ölkələrdən biridir ki, xarici ticarət balansının saldosu müsbətdir”

SİYASƏT

12 Yanvar 2022 22:32

Oxunma sayi: 221
İlham Əliyev: “Azərbaycan nadir ölkələrdən biridir ki, xarici ticarət balansının saldosu müsbətdir”

“Azərbaycan unikal, bəlkə də nadir ölkələrdən biridir ki, bizdə xarici ticarət balansının saldosu müsbətdir”.

Bu fikirləri Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev yanvarın 12-də yerli televiziya kanallarına müsahibəsində deyib.

“Çünki dünyanın əksər ölkələrində idxal ixracı üstələyir. Bizdə isə ilin yekunlarına görə ixrac idxalı böyük dərəcədə üstələyib. Müsbət saldo 10 milyard dollardan çoxdur. İqtisadiyyatla məşğul olan hər bir adam bunun nə dərəcədə əhəmiyyətli olmasını görür”, - Prezident vurğulayıb.

Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!