İlham Əliyev: “Azərbaycan Ordusunun məqsədi işğal altında olan torpaqlarımızı işğalçılardan azad etməkdir”

SİYASƏT

27 Sentyabr 2020 16:01

Oxunma sayi: 906
İlham Əliyev:       “Azərbaycan Ordusunun məqsədi işğal altında olan torpaqlarımızı işğalçılardan azad etməkdir”

“Güclü Azərbaycan Ordusunun əks hücum əməliyyatlarında bizim müxtəlif silahlı birləşmələrimiz iştirak edir. Biz hər zaman Azərbaycan Ordusu üçün lazım olan bütün dəstəyi vermişik və verəcəyik”.

 

Azmedia.az  xəbər verir ki, bu sözləri Ölkə başçısı İlham Əliyev bu gün keçirilən Təhlükəsizlik Şurasının iclasında deyib.

Ölkə başçısı bildirib ki, Azərbaycan Ordusunun vahid komandanın rəhbərliyi altında əks hücum əməliyyatları uğurla gedir:

“Bütün silahlı birləşmələr arasında koordinasiya yüksək səviyyədə yerinə yetirilib. Mən əminəm ki, bu əks hücum əməliyyatı uğurla davam edəcək. Çünki, Azərbaycan Ordusu heç kimin torpağına göz dikməyib. Azərbaycanın tək məqsədi öz torpağını müdafiə etmək, işğal altında olan torpaqlarını işğalçılardan azad etməkdir”.

Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!