İlham Əliyev erməni silahlı qüvvələrinin Gəncəni atəşə tutması ilə bağlı paylaşımlar edib FOTO

SİYASƏT

11 Oktyabr 2020 17:08

Oxunma sayi: 681
İlham Əliyev erməni silahlı qüvvələrinin Gəncəni atəşə tutması ilə bağlı paylaşımlar edib   FOTO

Prezident İlham Əliyev Ermənistan silahlı qüvvələrinin Gəncəni raket atəşinə tutması ilə bağlı “Twitter” hesabında bir neçə paylaşım edib:

 

“Ermənistan atəşkəs rejimini kobud şəkildə pozub, Gəncə şəhərinin dinc sakinlərini raketlə atəşə tutub. Bu, müharibə cinayətidir və Cenevrə konvensiyalarının kobud şəkildə pozulmasıdır”.

 

“Ermənistanın hərbi siyasi rəhbərliyi törətdiyi cinayətlərə görə məsuliyyət daşıyır. Azərbaycan tərəfi bütün bunlara layiqli cavab verəcək!”

 

“Rusiyanın vasitəçiliyi ilə aparılmış danışıqlara hörmətsizlik və erməni faşizminin növbəti təzahürüdür. Bu alçaq əməllər Azərbaycan xalqının iradəsini heç vaxt sındıra bilməz!”

 

Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!