İlham Əliyev və Mehriban Əliyeva İtaliyaya getdilər

SİYASƏT

19 Fevral 2020 17:54

Oxunma sayi: 484
İlham Əliyev və Mehriban Əliyeva İtaliyaya getdilər

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev fevralın 19-da İtaliya Respublikasına dövlət səfərinə gedib.
 

Azmedia.az  AZƏRTAC-a istinadən  xəbər verir ki, Romanın “Fiumicino” Beynəlxalq Hava Limanında dövlətimizin başçısının şərəfinə fəxri qarovul dəstəsi düzülüb.
 

Prezident İlham Əliyevi və Birinci vitse-prezident Mehriban Əliyevanı İtaliya Xarici İşlər Nazirliyinin Dövlət Protokol İdarəsinin rəisi İniqo Lambertini, bu ölkənin Azərbaycandakı səfiri Auqusto Massari və digər rəsmi şəxslər qarşılayıblar.

Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!