İlk humanitar atəşkəs günü şəhid olmuş Soltan Məmmədov VİDEO

SİYASƏT

14 Dekabr 2020 20:44

Oxunma sayi: 1577
İlk humanitar atəşkəs günü şəhid olmuş Soltan Məmmədov   VİDEO

İkinci Qarabağ müharibəsi zamanı sosial şəbəkələrdə yayılan bir foto çox müzakirələrə səbəb olub.

 

Azmedia.az  xəbər verir ki, söhbət Talış kəndində erməni ordusuna məxsus PDM və üzərində bizim orduya məxsus BTR-in olduğu fotoşəkildən gedir.

Toqquşmuş və yanmış halda olan texnikaların fotonun qəhrəmanlarından biri də şəhid polkovnik-leytenant Soltan Məmmədov olub.

Yevlax rayonunun Səmədabad kəndində doğulan, Talış, Suqovuşan kəndlərinin azad edilməsində böyük xidmətləri olan, tabor komandiri Soltan Məmmədov dəfələrlə əsgərlərini, zabit yoldaşlarını çətin vəziyyətdən xilas edib.

Şəhidin anası deyir ki, oğlu ilə qürur duyur. O, Soltanın onunla danışan zaman narahatlıq yarada biləcək söz işlətmədiyini deyir. Qardaşı Vasif Məmmədov isə şəhid olmazdan bir neçə saat əvvəl onunla danışdığını söyləyir.

Özü hərbçi olsa da, övladlarını həkim və polis görmək arzusunadaydı Soltan Məmmədov.

Kiçik yaşlarından hərbiyə həvəsli olan Soltan Məmmədov hərbi məktəbi və akademiyanı bitirdikdən sonra Tovuz, Naxçıvan, Tərtər və Goranboy rayonlarında xidmət edib. Polkovnik- leytenant Soltan Məmmədov 44 günlük müharibədə ilk humanitar atəşkəs elan edilən vaxt düşmənin gülləsinə tuş gələrək şəhid olub.

Mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edirik:

 

Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!