İmran Xan vəzifədən kənarlaşdırıldı

SİYASƏT

10 Aprel 2022 12:54

Oxunma sayi: 134
İmran Xan vəzifədən kənarlaşdırıldı

Pakistan Milli Məclisi (parlamentin aşağı palatası) bu gün Baş nazir İmran Xana etimadsızlıq votumunun qəbul edilməsi üzrə səsvermə keçirib.

Azmedia.Az xəbər verir ki, səsvermənin nəticəsinə əsasən etimadsızlıq votumu qəbul edilib.

Baş nazir vəzifəsini icra edən İmran Xana etimadsızlığın leyhinə 342 deputatdan 174-ü səs verib ki, bu da onu vəzifədən kənarlaşdırmağa kifayət edib.

Qeyd edək ki, aprelin 3-ü Pakistan Prezidenti Arif Alvi Baş nazirin təklifi əsasında parlamenti buraxıb.

Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!