İnam Kərimov Ali Məhkəmənin yeni hakimlərini kollektivə təqdim etdi - FOTO

ÖLKƏ

06 Aprel 2024 17:08

Oxunma sayi: 311
İnam Kərimov Ali Məhkəmənin yeni hakimlərini kollektivə təqdim etdi  - FOTO

Aprelin 6-da Azərbaycan Respublikasının Ali Məhkəməsinə yeni təyin edilən hakimlər - Aida Hüseyn və Teyyub Muxtarov kollektivə təqdim olunub. 

Azmedia.Az xəbər verir ki, təqdimetmə mərasimində çıxış edən Ali Məhkəmənin və Məhkəmə-Hüquq Şurasının sədri İnam Kərimov hər iki hakimi təbrik edərək, onlara gələcək fəaliyyətlərində uğurlar arzulayıb.

Bildirilib ki, ölkəmizdə müasir dövrün tələblərinə cavab verən, cəmiyyətdə yüksək nüfuza malik ədalət mühakiməsinin formalaşdırılması istiqamətində aparılan məhkəmə-hüquq islahatları hakimlərin üzərinə böyük məsuliyyət qoyur. Bu baxımdan hər bir hakim müstəqil və ədalətli olmalı, şəffaf fəaliyyət göstərməli, cəmiyyətin məhkəmələrə olan inamının artmasına çalışmalıdır. Yeni hakimlərin təcrübəli və peşəkar fəaliyyətləri ilə məhkəmə sisteminə mühüm töhfə verəcəyinə əminlik ifadə olunub.

Sonra yeni hakimlər çıxış edərək onlara göstərilən yüksək etimadı layiqincə doğrultmağa çalışacaqlarını vurğulayıblar.

Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!