İrandan Azərbaycanla bağlı AÇIQLAMA

SİYASƏT

01 Oktyabr 2021 14:09

Oxunma sayi: 335
İrandan Azərbaycanla bağlı  AÇIQLAMA

 “İranla Azərbaycan arasındakı anlaşılmazlıqlar diplomatik yollarla həll ediləcək”.

Azmedia.Az “TRThaber”ə istinadən xəbər verir ki, İranın Daxili İşlər naziri Əhməd Vahidi Azərbaycanla sərhəddə keçirilən hərbi təlimlərlə bağlı danışarkən belə açıqlama verib. O iddia edib ki, bəzi ölkələr Tehranla Bakı arasında münasibətlərin pozulması üçün planlar qurur:

“İranla Azərbaycan arasındakı anlaşılmazlıqlar və fərqli məsələlər varsa bunlar diplomatik yollarla həll ediləcək. Xarici İşlər Nazirliyi məsələni izləyir. İran qonşu ölkələrlə münasibətlərə önəm verir. Bütün qonşu ölkələrlə və Azərbaycanla daima dost olduğumuzu bəyan etmişik”.

Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!