İranın təhdidlərindən sonra ABŞ fikrindən daşındı

SİYASƏT

04 Yanvar 2021 10:30

Oxunma sayi: 635
İranın təhdidlərindən sonra ABŞ fikrindən daşındı

İranın təhdidlərindən sonra ABŞ “Nimitz” aviadaşıyıcısını regiondan geri çəkmək planından imtina edib.

 

“RİA Novosti”nin məlumatına görə, bu barədə Pentaqonun rəhbəri vəzifəsini icra edən Kris Miller bəyan edib.

 

Daha əvvəl ABŞ mediası hazırda Yaxın Şərq regionunda ABŞ-ın yeganə aviadaşıyıcısı olan “Nimitz”in başqa yerə köçürülməsinə qərar verildiyini yazmışdı.

 

Millerin açıqlaması ABŞ və İran arasında münasibətlərin daha da kəskinləşməsi, həmçinin Donald Tramp rəhbərliyinin 20 yanvarda səlahiyyət müddəti bitməzdən əvvəl İrana zərbə endirə biləcəyi barədə spekulyasiyası fonunda verilib.

 

İran İslam İnqilabı Keşikçiləri Korpusunun aerokosmik qüvvələrinin komandiri Əmir Əli Hacızadə regionda hərbi qarşıdurma baş verməsi halında İranın həm ABŞ bazalarına, həm də bu obyektlərin yerləşdiyi ərəb ölkələrinə qarşı eyni tədbirləri görəcəyini bildirmişdi.

 

Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!