İraqlı nazir İrəvana səfər etdi, yalana baş əydi FOTO

SİYASƏT

25 Mart 2021 23:50

Oxunma sayi: 591
İraqlı nazir İrəvana səfər etdi, yalana baş əydi   FOTO

İraqın müdafiə naziri Cümə İnad Səudun Xəttab bu gün Ermənistana rəsmi səfər edib.


Milli.Az bildirir ki, Ermənistanın Müdafiə Nazirliyində nazir Vaqarşak Harutyunyanla C.Xəttab tərəfdaşlıq və əməkdaşlıq anlaşması imzalayıblar. Sənəd 13 bənddən ibarətdir.


Anlaşma habelə, Ermənistan və İraqın müdafiə nazirlikləri arasında anlaşma və əməkdaşlıq memorandumunun hazırlanması ilə imzalanmasını da nəzərdə tutur.


S.Xəttabın başçılıq etdiyi nümayəndə heyəti bu gün Sisernakarebddəki qondarma "soyqırım" memorial kompleksinə də baş çəkib. O, memoriala əklil qoyaraq "soyqırım qurbanları"nın anımına baş əyib.


Daha sonra iraqlı naziri Ermənistanın baş naziri Nikol Paşinyan qəbul edib.


"Ermənistan İraqı möhkəm tarixi və mədəni əlaqələri olduğu etibarlı tərəfdaş sayır. İraqın hakimiyyət dairələrinin də ölkədəki erməni diasporuna diqqəti bizi məmnun edir. Bundan başqa, Qarabağ məsələsi ilə bağlı İraqın hakimiyyət dairələrinin təmkinli və düşünülmüş mövqeyini təqdir edirik", - Paşinyan deyib.

Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!