İşğaldan azad olunan ərazidə görünən yenotla bağlı AÇIQLAMA VİDEO

SİYASƏT

18 Dekabr 2020 12:50

Oxunma sayi: 916
İşğaldan azad olunan ərazidə görünən yenotla bağlı     AÇIQLAMA   VİDEO

Azərbaycanın işğaldan azad olunmuş ərazilərinin birində meşədə yenot qeydə alınıb.

 

Bu barədə görüntülər sosial şəbəkələrdə yayımlanıb.

Bunu Bioloji Müxtəlifliyin Qorunması Xidmətinin rəsmisi Arzu Səmədova Oxu.Az-a açıqlamasında bildirib.

Onun sözlərinə görə, Amerika yenotu ötən əsrdə ölkəmizə iqlimləşdirilməsi üçün gətirilən növdür:

“Daha sonra artaraq çox geniş əraziləri əhatə edən yenotun əsl vətəni Şimali Amerikadır. Hazırda Lənkəran, Zaqatala rayonlarında sayı olduqca çoxdur. Əsasən, gecə həyat tərzi keçirən yırtıcıdır, rütubətli meşələrdə yaşayır, quşların yuvasını dağıdır, onları ovlayır.

Həmçinin, qidasını həşəratlar, gəmiricilər, sürünənlər təşkil edir. Uzun caynaqları vasitəsilə özünü digər yırtıcılardan aqressiv şəkildə müdafiə edir”.

 

Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!