İŞİD ailəsindən olan 82 uşaq Azərbaycana göndərilib

SİYASƏT

05 Mart 2020 14:01

Oxunma sayi: 863
İŞİD ailəsindən olan 82 uşaq Azərbaycana göndərilib

İraqda qalan 82 azərbaycanlı uşaq Azərbaycana göndərilib.

 

Azmedia.az APA-ya istinadən xəbər verir ki, bu barədə İraq Xarici İşlər Nazirliyinin (XİN) sözçüsü Əhməd Əl-Sahaf bildirib.

 

“İŞİD terror təşkilatına qoşulduğu üçün İraq məhkəmə orqanları tərəfindən həbs cəzasına məhkum edilmiş anaları ilə birlikdə qalan 82 uşaq Azərbaycan Respublikasına deportasiya edilib”, - deyə Əhməd Əl-Sahaf vurğulayıb.

 

İraq XİN rəsmisi qeyd edib ki, bununla da İraqdan deportasiya edilmiş müxtəlif millətlərdən olan uşaqların sayı 828-ə çatıb.

 

Xatırladaq ki, Azərbaycanın müvafiq İşçi Komissiyası tərəfindən ötən illər ərzində İraq və Suriyada olan azərbaycanlı uşaqlar ölkəyə gətirilib.

Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!