İsrailin müdafiə naziri: İran iki üç aya nüvə silahına sahib ola bilər

SİYASƏT

15 Sentyabr 2021 09:34

Oxunma sayi: 1176
İsrailin müdafiə naziri:  İran iki   üç aya nüvə silahına sahib ola bilər

İran yaxın iki-üç ay ərzində nüvə bombası istehsal etmək üçün bütün lazımi avadanlıqlara və imkanlara malik ola bilər.

Azmedia.Az xəbər verir ki, bu açıqlama ilə İsrailin müdafiə naziri Benni Qantz çıxış edib.

B.Qantz İranın nüvə əldə etmək həddini keçəcəyi təqdirdə bölgədə nüvə silahı yarışının başlanacağı barədə xəbərdarlıq edib.

Nazir onu da əlavə edib ki, ABŞ-ın öz ordusunu Əfqanıstandan çıxarması İran və onun tərəfdarlarını daha inamla hərəkət etməyə imkan yarada bilər.

B.Qantzın sözlərinə görə, rəsmi Tehran o qənaətə gəlməməlidir ki, o, güclü və qətiyyətli olarsa Qərb təslim olacaq.

Mənbə: “Foreign Policy”

Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!