“İşsizlikdən sığorta haqqında” Qanunda dəyişiklik təsdiqləndi

SİYASƏT

09 Mart 2021 22:00

Oxunma sayi: 601
“İşsizlikdən sığorta haqqında”     Qanunda dəyişiklik təsdiqləndi

Prezident İlham Əliyev "İşsizlikdən sığorta haqqında" Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə Qanunu təsdiqləyib.


Azmedia.Az AZƏRTAC-a istinadən bildirir ki, "İşsizlikdən sığorta haqqında" Azərbaycan Respublikası Qanununun 14.3-cü maddəsi aşağıdakı redaksiyada verilir:


"14.3. Sığorta ödənişinin hesablanması üçün orta aylıq əməkhaqqının məbləği müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) elektron informasiya sistemində sığortaolunanın sığorta haqları üzrə hesabatlarda olan aylıq əməkhaqqı barədə məlumatları əsasında müəyyən edilir".

Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!