İstanbulun rəmzləri Azərbaycan bayrağının rənglərinə büründü FOTO

SİYASƏT

29 May 2022 15:29

Oxunma sayi: 437
İstanbulun rəmzləri Azərbaycan bayrağının rənglərinə büründü   FOTO

28 May - Müstəqillik Günü münasibətilə Türkiyənin İstanbul şəhərinin tarixi abidələri və körpüləri Azərbaycan bayrağının rəngləri ilə işıqlandırılıb.

Azmedia.az  xəbər verir ki, mayın 27-si və 28-i təşkil olunan proyeksiya ölkəmizin İstanbuldaki Baş Konsulluğunun təşəbbüsü və qardaş ölkənin aidiyyatı dövlət qurumlarının dəstəyi ilə baş tutub.

Bu münasibətlə tarixi Qalata qülləsi və İstanbulun iki qitəsini birləşdirən körpüləri şanlı bayrağımızın rənglərinə bürünüb.

Kompozisiya yerli vətəndaşlar və turistlər tərəfindən böyük maraqla qarşılanıb.

     
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!