İsveçin XİN rəhbəri NATO ya üzvlüklə bağlı müraciəti imzaladı

SİYASƏT

17 May 2022 14:41

Oxunma sayi: 324
İsveçin XİN rəhbəri NATO   ya üzvlüklə bağlı müraciəti imzaladı

İsveçin xarici işlər naziri Ann Linde ölkənin NATO-ya üzvlüyü ilə bağlı müraciətini imzalayıb.

Azmedia.Az xəbər verir ki, bu barədə məlumatı “SVT” telekanalı yayıb.

Linde xatırladıb ki, İsveçin NATO-ya üzvlüyü ilə bağlı müraciəti Finlandiyanın müvafiq ərizəsi ilə birgə təqdim olunacaq.

XİN başçısı, həmçinin qeyd edib ki, sözügedən sənədin nəzərdən keçirilməsi və ratifikasiya olunmasının bir ilə qədər vaxt tələb edəcəyi gözlənilir.

Xatırladaq ki, İsveç hökuməti mayın 16-sı NATO-ya üzv olmaqla bağlı ərizə təqdim edəcəyinə dair qərar qəbul edib.

Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!