İtkin düşən Vətən müharibəsi iştrakçısının Abşeronda mənzildən meyiti tapıldı FOTO

SİYASƏT

12 Yanvar 2021 11:12

Oxunma sayi: 1313
İtkin düşən Vətən müharibəsi iştrakçısının Abşeronda mənzildən meyiti tapıldı   FOTO

Vətən Müharibəsində sürücü kimi iştirak edən Süleymanov Kamal Ceyhun oğlu dekabrın 31-də Abşeron rayonunda yerləşən hərbi hissədən tərxis edildikdən sonra itkin düşüb.

 

K.Süleymanovun yaxınları onun itkin düşməsi ilə bağlı polisə və mediaya bildirsələr də Vətən Müharibəsi iştirakçısını tapmaq mümkün olmamışdı.

Azmedia.Az xəbər verir ki, Kamal Süleymanovun yaxınları Trend-ə bildiriblər ki, ötən gün 25 yaşlı gəncin meyiti tapılıb. Vətən Müharibəsinin iştirakçısının cansız bədəni digər iki nəfərlə birlikdə Abşeron rayonunda kirayədə yaşadığı evdə aşkarlanıb. Hər üç şəxs dəm qazından boğularaq ölüblər.

Qeyd edək ki, 1995-ci il təvəllüdlü K.Süleymanov müharibənin ilk günündən səfərbərliyə çağırılaraq Füzuli uğrunda döyüşlərdə iştirak edib. O, sonuncu dəfə dekabrın 31-də digər ailə üzvləri ilə danışaraq yaxın vaxtlarda evə gələcəyini bildirib.

Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!