“Jurnalistlərin səfərindən erməni tərəf şou düzəltdi“ Tural Gəncəliyev

SİYASƏT

27 Dekabr 2019 11:32

Oxunma sayi: 225
“Jurnalistlərin səfərindən erməni tərəf şou düzəltdi“   Tural Gəncəliyev

"Dağlıq Qarabağ bölgəsinin azərbaycanlı icması erməni tərəflə görüşə həmişə hazır olub".

 

Azmedia.az Teleqraf.com-a istinaden xəbər verir ki, bunu  "Azərbaycan Respublikası Dağlıq Qarabağ Bölgəsinin Azərbaycanlı icması"nın rəhbəri Tural Gəncəliyev jurnalistlərə açıqlamasında deyib.

 

O qeyd edib ki, "Azərbaycan Respublikası Dağlıq Qarabağ Bölgəsinin Azərbaycanlı icması" dəfələrlə bu barədə müraciətlər edib: "Təssüf ki, 2019-cu il ərzində cavab almamışıq. Bu da erməni icmasının boyunduruq altında qalmasının göstəricisidir. Onlar qondarma rejimdən aslıdırlar. Çox güman ki, onların arasında azərbaycanlılarla bir yerdə yaşamaq istəyi olanlar var, lakin həmin şəxsləri boğurlar, sıxırlar. Dağlıq Qarabağ Bölgəsinin Azərbaycanlı icmasının erməni icmasını danışıqlara çağırdıqdan sonra jurnalistlərin qarşılıqlı səfərləri baş tutdu, lakin erməni tərəf bunu şou elədi, təxribat xaraqterli bəyanatlar verdilər. Bu da onu göstərir ki, qondarma rejimin nümayəndələri, təcavüzkar Ermənistan rəhbərliyi bu məsələdə maraqlı deyillər. Onlar çəkinirlər ki, icmalar bir yerdə otursalar, erməni icması başa düşəcək ki, Azərbaycanlı icması başqa cür düşünür. Biz onlarla bir yerdə yaşaq istəyirik".

Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!