Keçmiş bank işçisi MİDA nın Aparat rəhbəri vəzifəsinə təyin edilib

SİYASƏT

05 Dekabr 2019 14:17

Oxunma sayi: 485
Keçmiş bank işçisi MİDA   nın Aparat rəhbəri vəzifəsinə təyin edilib

Azərbaycan Respublikası Mənzil İnşaat Dövlət Agentliyində (MİDA) yeni təyinat olub.

 

Azmedia.az xəbər verir ki, qurumdan  verilən məlumata əsasən, Fərman Vahid oğlu Qurbanlı Mənzil İnşaatı Dövlət Agentliyinin Aparat rəhbəri vəzifəsinə təyin edilib.

 

Bu təyinatadək Fərman Qurbanlı Agentliyin Beynəlxalq Əlaqələr və Strateji Planlaşdırma şöbəsinin müdiri vəzifəsini tuturdu. Fərman Qurbanlı MİDA-da çalışana qədər “Bank BTB” ASC-də Xəzinədarlıq departamentinin direktoru vəzifəsini icra edib, daha əvvəl isə “PAŞA Bank”da Korporativ bankçılıq üzrə müştəri meneceri və “NIKOIL Bank”da (indiki Yelo Bank) müxtəlif vəzifələrdə çalışıb. O, İngiltərədə Lankaster Universitetində Pul, Bankçılıq və Maliyyə üzrə magistr dərəcəsi alıb.

 

Qaragöz Dadaşova 

Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!