Kəlbəcərin icra başçısı vəzifəsindən azad edildi Sərəncam

SİYASƏT

09 Mart 2020 15:35

Oxunma sayi: 552
Kəlbəcərin icra başçısı vəzifəsindən azad edildi   Sərəncam

Prezident İlham Əliyev Aqil Məmmədovun Kəlbəcər Rayon İcra Hakimiyyətinin başçısı vəzifəsindən azad edilməsi haqqında Sərəncam imzalayıb.

 

Azmedia.az üçnöqtə.az-a istinadla xəbər verir ki, Sərəncama əsasən, Aqil Sadıq oğlu Məmmədov Kəlbəcər Rayon İcra Hakimiyyətinin başçısı vəzifəsindən azad edilir.


Qeyd edək ki, A.Məmmədov fevralın 9-da Milli Məclisə keçirilmiş seçkilərdə 123 saylı Kəlbəcər seçki dairəsindən deputat seçilib.

Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!