Könüllülərin tərxis olunması ilə bağlı RƏSMİ AÇIQLAMA

SİYASƏT

23 Dekabr 2020 16:28

Oxunma sayi: 1020
Könüllülərin tərxis olunması ilə bağlı     RƏSMİ AÇIQLAMA

“Səfərbərlik üzrə hərbi xidmətə çağırılmış bəzi şəxslər, xüsusilə ailəli vətəndaşlarımız sosial şəbəkələr vasitəsilə nə zaman ehtiyata buraxılaraq evlərinə geri dönəcəkləri ilə bağlı narahatlıq ifadə edirlər. Bu da tərəfimizdən anlayışla qəbul edilir”.

 

Azmedia.az xəbər verir ki, bununla bağlı Müdafiə Nazirliyinin yaydığı məlumatda deyilir.

“Bildiririk ki, Müdafiə Nazirliyi tərəfindən onların ehtiyata buraxılması ilə əlaqədar sənədlər hazırlanıb və müvafiq qaydada aidiyyəti qurumlara göndərilib.

Yaxın vaxtlarda bu kateqoriyadan olan şəxslərin mərhələli şəkildə tərxis edilməsi gözlənilir”, - nazirlikdən vurğulanıb.

Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!